Sankt-Peterburqdakı müəssisələr Türkiyə mallarını almağa başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sankt-Peterburqdakı müəssisələr Türkiyə mallarını almağa başlayıb

11:50 - 14 / 12 / 2015
Sankt-Peterburqdakı müəssisələr Türkiyə mallarını almağa başlayıb

Türkiyə istehsalı olan malların sənədləşdirilməsi prosesi yubadıldığından bir çox müəssisələrdə işlər dayandırılıb

Sankt-Peterburq müəssisələri Rusiya gömrük məntəqələrində saxlanılan Türkiyə istehsalı olan malları almağa başlayıblar.

1news.az TASS-a istinadən xəbər verir ki, bunu Sankt-Peterburq şəhəri sənaye siyasəti və innovasiya komitəsinin sədri Maksim Meyksin bildirib.

Qeyd edək ki, Rusiya gömrük məntəqələrində ölkəyə ixrac edilən Türkiyə istehsalı olan malların sənədləşdirilməsi prosesi yubadıldığından bir çox müəssisələrdə işlər dayandırılıb.

Paylaş:
823

Son xəbərlər

Bütün xəbərlər