Rasim Musabəyov: “Türkiyəni Qarabağ mövqeyinə görə tənqid edən cənab Lukaşeviç öz səlahiyyətlərini aşır” | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: “Türkiyəni Qarabağ mövqeyinə görə tənqid edən cənab Lukaşeviç öz səlahiyyətlərini aşır”

13:45 - 15 / 12 / 2015
Rasim Musabəyov: “Türkiyəni Qarabağ mövqeyinə görə tənqid edən cənab Lukaşeviç öz səlahiyyətlərini aşır”

Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviçin “Dağlıq Qarabağ münaqişəsində Türkiyənin mövqeyini destruktiv adlandırması haqqında” mülahizələri Rusiya-Türkiyə münasibətlərinin pisləşməsindən xəbər verir, bu haqda Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.

Bu yaxınlarda A.Lukaşeviç bəyan edib ki, Türkiyənin təklif etdiyi kimi Qarabağ münaqişəsində tərəflərdən birini (Azərbaycanı nəzərdə tutur – red.) müdafiə etməsi destruktivdir.

Musabəyovun sözlərinə görə, bu, Türkiyənin təkcə Azərbaycanı deyil, eyni zamanda beynəlxalq hüququ müdafiə etməsi ilə bağlıdır.

“Rusiyalı nümayəndə bu cür bəyanatlar verəndə unutmamalıdır ki, Ermənistanın ərazisində rus hərbi hissələri yerləşir, Rusiya yüksək vəzifəliləri Ermənistanı forpost adlandırırlar. Çətin ki, bu obyektivliklə bağlıdır və guya ki Rusiya heç bir tərəfi dəstəkləmir”, - politoloq dedi.

Siyasətçi qeyd edib ki, hazırda rus nümayəndələri hər yerdə Türkiyəyə olan düşmənçilik və mənfi münasibətilərini göstərirlər.

“Hazırki bəyanat danışıqlar prosesinə heç cür təsir göstərə bilməz”, - bu sözləri söyləyən R.Musabəyov qeyd edib ki, Azərbaycanın da ATƏT-də nümayəndəsi var və lazım gələrsə həmin nümayəndə buna cavab verə bilər. Eyni zamanda türklər özləri də bu hadisəyə reaksiya verə bilərlər.

R.Musabəyov eyni zamanda A.Lukaşeviçin həmsədrlərdən yalnız Rusiya, ABŞ və Fransa əsas yükü daşıyırlar və aparıcı rol yalnız onlara məxsusdur fikrinə də münasibət bildirib.

“Rusiyanın ATƏT yanında daimi nümayəndəsiməsələni şişirdir, belə ki, vasitəçilik xidmətlərini, eyni zamanda münaqişənin həlli məsələsində öz münasibətini istənilən ölkə göstərə bilər.Cənab Lukaşeviç öz səlahiyyətlərini aşır, heç kəs heç bir ölkəni prinsipial mövqe göstərmək hüququndan məhrum etməyib”, - o, dedi.

Politoloq hesab edir ki, Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi hər hansı mənada Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir göstərə bilər.

“Aydındır ki, Rusiya ilə Türkiyə arasında anlaşılmazlıq və düşmənçilik varsa, bu, münaqişənin həlli üçün əlverişli şərait deyil”, - R.Musabəyob deyib.

1news.az

Paylaş:
907

Son xəbərlər

Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12
Bütün xəbərlər