Azərbaycanda İnterpolun axtarışında olan oğru saxlanılıb -FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda İnterpolun axtarışında olan oğru saxlanılıb -FOTO

14:48 - 15 / 12 / 2015
Azərbaycanda İnterpolun axtarışında olan oğru saxlanılıb -FOTO

Ukraynanın tələbi ilə İnterpol tərəfindən beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı saxlanılıb.

1news.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna Cinayət Məcəlləsinin 187-ci maddəsi (quldurluq) ilə axtarışda olan İlham Məmmədov tutulub.

Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın Xerson vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qətlində təqsirləndirilən İlham Məmmədov beynəlxalq axtarışa verilib.
 
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
 
Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü İlham Məmmədov mütəşəkkil dəstə tərəfindən törədilən oğurluq və digər ağır cinayətlərdə təqsirləndirilir. O, Ukraynadan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
 
Xatırladaq ki, bu il avqust 17-də İlham Tağıyev evinin qarşısında döyülərək qətlə yetirilib. Onun qətlində iştirak edən dəstənin üzvləri, 1992-ci ildə Luqanskda doğulmuş Allahverdiyev Naim Balakişi oğlu, milliyyətcə erməni olan Sergey Karapetyan və Xaçik Montiyan milis tərəfindən saxlanılıblar. Lakin dəstənin digər üzvü, 1973-cü il təvəllüdlü Məmmədov İlham Qalib oğlu ölkədən qaçıb. Onun İranda gizləndiyi ehtimal olunurdu.

1news.az

Paylaş:
2521

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər