SOCAR: Quyulara keçən yanğın yaxın günlər ərzində tamamilə lokallaşdırılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR: Quyulara keçən yanğın yaxın günlər ərzində tamamilə lokallaşdırılacaq

11:25 - 15 / 12 / 2015
SOCAR: Quyulara keçən yanğın yaxın günlər ərzində tamamilə lokallaşdırılacaq

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində quyulara keçən yanğın yaxın günlər ərzində tamamilə lokallaşdırılacaq.

1news.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumatda qeyd olunub.

“Yanğın bir neçə quyuya keçib. Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi və ABŞ-ın “Boots and Coots” şirkətinin mütəxəssisləri birgə addımlar atır.

Quyulardan biri artıq demək olar ki söndürülüb. Lakin söhbət bir neçə, təxminən 5-6 quyudakı yanğının söndürülməsindən gedir. Hava şəraiti imkan verərsə, yaxın günlərdə yanğın tamamilə söndürüləcək”- deyə, dövlət şirkətindən bildiriblər.

Qeyd edək ki, quyularda yanğının söndürülməsi ilə 6 gəmi məşğuldur. “Günəşli” yatağında baş verən yanğının nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən “Neft Daşları”nın 3 əməkdaşının axtarışları isə hələ ki, bir nəticə verməyib.

1news.az

Paylaş:
904

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər