Nardaran küçələrində irimiqyaslı yenidənqurma işləri başlayır- FOTO-VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nardaran küçələrində irimiqyaslı yenidənqurma işləri başlayır- FOTO-VİDEO

11:21 - 15 / 12 / 2015
Nardaran küçələrində irimiqyaslı yenidənqurma işləri başlayır- FOTO-VİDEO

Nardaran qəsəbəsinin mərkəzi küçələrində təmir-tikinti işlərinə başlanılıb. İlkin olaraq qəsəbənin Abşeron küçəsinin yenidən qurulması işləri aparılır.

“Azəryolservis” ASC -nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin 1news.az-a verdiyi məlumata görə, yenidən qurulan küçənin uzunluğu 2 220 metr, ortalama eni isə 8 metrdir.

Təmir-tikinti işləri çərçivəsində yolun genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub. Hazırda bu məqsədlə söküntü işləri aparılır. Söküntü aparılan hissələrdə yeni hasar tikilir, yol yatağı bərkidilir, kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılır.

Layihəyə uyğun olaraq, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə Abşeron küçəsi hər biri 3,5 metr enində olmaqla, 4 hərəkət zolağından ibarət olacaq. Piyadaların da rahatlığı nəzərə alınaraq, hər iki istiqamət üzrə yolun kənarlarında 1,25 metr enində səkilər tikiləcək, 4 500 paqon metr səki daşı düzüləcək, 40 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.

Analoji işlər qəsəbənin Nəsrulla Əsgərov küçəsində də aparılması nəzərdə tutulub. Küçənin uzunluğu 780 metr, ortalama eni 6 metrdir. Bu küçənin də genişləndirilərək 14 metrə çatdırılması planlaşdırılır. Layihəyə uyğun olaraq küçə hər biri 3 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə yolun kənarlarında 1 metr enində səkilər tikiləcək, 1 500 paqon metr səki daşı düzüləcək, 11 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.

1news.az

Paylaş:
1274

Son xəbərlər

Bütün xəbərlər