Azərbaycanda “Farhause” neon ev muzeyi açılıb
Azərbaycanda “Farhause” neon ev muzeyi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, muzeyi neon sənətinin nümayəndəsi, nəqqaş-rəssam Fərid Ələkbərov açıb.
1news.az APA-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən neon ev muzeyi “Farhause” iki mərtəbədən ibarətdir.
Muzeydə təsviri sənətin müxtəlif növləri – heykəltəraşlıqdan tutmuş metal üzərində nəqqaşlığa, rəssamlıqdan vitrajlara qədər bir sıra müəlliflərin işləri neon naxışlarla birləşib.
Qeyd edək ki, neon sənəti neon boyasının ultrabənövşəyi işıq altında əks olunma effektinə əsaslanan boya sənətidir. İşıq illüziyası və 3D effektinin köməyi ilə neon boyası ilə çəkilən şəkillər canlandırılır.