“Sahil” bağında qətlə yetirilən oğlanın ölümündən bir il ötür, qatil isə hələ də cəzalandırılmayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sahil” bağında qətlə yetirilən oğlanın ölümündən bir il ötür, qatil isə hələ də cəzalandırılmayıb – FOTO

11:35 - 16 / 12 / 2015
“Sahil” bağında qətlə yetirilən oğlanın ölümündən bir il ötür, qatil isə hələ də cəzalandırılmayıb – FOTO

Yanvarın 6-da Həsən Həsənovun öldürülməsinin ili tamam olacaq.

Bakının mərkəzində, “Sahil” bağında baş verən dəhşətli cinayət hələ də sosial şəbəkələrin müzakirə mövzusudur.

Həsənin cəmisi 25 yaşı vardı. Bu ilin yanvarın 6-da “Sahil” bağında oğlanı iti gəzdirdiyi üçün öldürüblər. Yanındakı dostu Orxan Məmmədzadə bıçaq yarası alsa da, lakin sağ qala bilib.

Qatil hadisə yerindən qaçaraq gizlənə bilib. Lakin sonra istintaq zamanı aşkar olundu ki, onun adı Elçin Çobanovdur. O, Gürcüstan vətəndaşıdır və 1988-ci ildə doğulub.

Çobanova Cinayət Məcəlləsinin 120.2.2 (“Qəsdən adam öldürmə”) və 29,120.2.7 (“Qəsdən adam öldürməyə cəhd”) maddələri üzrə cinayət işi açılıb.

 

Daha sonra isə, Bakı Ağır Cinayətlər Məhkəməsində “dostu” ifadəsini dəyişərək, Həsənin son sözünün: “O, mənə xəsarət yetirdi” olmasını hakimə bəyan edir.

Çobanovun vəkilinin fikrincə, bu ifadə subut edir ki, qatilin bıçağı “üç barmaq” uzunluğunda olub. Cinayət silahından müttəhim məqsədli surətdə xilas oldu, elə bunu da onun müdafiəçisi istəyirdi.

Lakin, O.Məmmədzadənin qollarında həlak olan dostunun son sözü –qatil üçün sərfəli olmasına baxmayaraq uğursuzluqla nəticələnir. Hakim Məmmədzadəni yalançılıqda ittiham edir. Çünki onun verdiyi ifadədə hər şey açıq-aşkar yazılıb ki, öldürülmüş dostunun son sözü: “O, məni yaraladı” olub.

Bununla belə, Məmmədzadə dostunu qətlə yetirmiş qatilin cəzasının yüngülləşdirilməsi üçün yazılı olaraq ərizə verir.

Məhkəmə prosesi isə hələ də uzanır. İki dəfə məhkəmə prosesi Çobanovun yekun nitqinin hazır olmaması səbəbindən təxirə salınır. Hakim Rasim Sadıqovun ürəyiyumşaqlığının həddi-hüdudu yoxdur. Birinci dəfə o, müttəhimə birgünlük möhlət verir. İkinci dəfə isə yekun nitqi hazırlamaq üçün ittiham olunana bir ay vaxt verir.

Lakin dekabrın 3-nə təyin edilən dinlənilmə prosesi heç bir aydnlıq gətirilmədən təxirə salınıb. Dekabrın 8-də keçiriləcək növbəti dinlənilmə də baş tutmadı (tərəflər demək olar ki, bütün günü küçədə gözləməli olublar). Nəhayət, dekabrın 14-də qəfildən məlum olub ki, Çobanov vəkilini dəyişmək qərarınagəlib. Beləki, yeni vəkil də öz növbəsində demək olar ki, bütün şahidləri yenidən çağıraraq dindirəcək.

Dinlənilmədə qatilin həyat yoldaşı Leyla Çobanova da iştirak edir. O, ailədə azyaşlı uşaq olduğu üçün cəzanın yüngülləşdirilməsi istəyir.

“Bəs mənim övladım? Mənim öldürülmüş oğlum necə olacaq? Məgər o, nədəsə günahkar idi?!” – dözməyərək öldürülmüş oğlanın anası Sevda Həsənova etirazını bildirir. 

Dinlənilmə bitdi. Növbəti proses dekabrın 21-nə təyin olunub.

“Başa düşə bilmirəm, bu iş nə üçün uzanır. Bütün şahidlər dindirilib, hər şey protokollara həkk olunub. Yenidən həmin adamları çağırmağın nə mənası var? Mənə elə gəlir ki, dinlənilmə prosesi qəsdən uzadılır, qatilin qohumları məhkəmənin gedişatına təsir etmək üçün imkanlar axtarırlar”, - Sevda Həsənova ədalətə ümidini itirməyərək yazır.

Leyla Leysan

Paylaş:
1027

Son xəbərlər

Bütün xəbərlər