Bakıda tələbə qız intihar etdi
Bakıda intihar hadisəsi baş verib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Biləcəri qəsəbəsində yerləşən hərbi şəhərcikdə qeydə alınıb. Orada yaşayan, 1995-ci il təvəllüdlü Xəlilli Çiçək Zakir qızı şəhərciyin həyətindəki yarımtikilidə özünü asıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Binəqədi rayon Polis İdarəsindən bildirilib ki, Ç. Xəlilli universitet tələbəsi olub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
1news.az
636