ABŞ-ın“Boots&Coots” şirkətinin avadanlıqları “Günəşli” yatağındakı yanğının söndürülməsi üçün istifadə olunacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABŞ-ın“Boots&Coots” şirkətinin avadanlıqları “Günəşli” yatağındakı yanğının söndürülməsi üçün istifadə olunacaq

12:07 - 16 / 12 / 2015
ABŞ-ın“Boots&Coots” şirkətinin avadanlıqları “Günəşli” yatağındakı yanğının söndürülməsi üçün istifadə olunacaq

“Günəşli” yatağının 10 nömrəli dərin dəniz özülündəki yanğının söndürülməsi üçün “Boots&Coots” şirkətinin sifarişi əsasında ölkəyə gətirilən avadanlıqlar artıq gəmilərdə quraşdırılıb.

Bu barədə 1news.az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan məlumat verilib.

Bildirilib ki, həm “Neft daşları” neft və qazçıxarma idarəsinin ərazisində itkin düşmüş 3 neftçinin, həm də “Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş 23 neftçinin axtarışları isə davam etdirilir.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin 3 gəmisi, 2 helikopteri və bir dənizə enə bilən “B-200ÇS” təyyarəsi cəlb olunub. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin 5 gəmisi və 9 helikopteri ilə axtarışlar aparılır. Yanğının söndürülməsində isə hazırda 6 gəmi iştirak edir.

1news.az

Paylaş:
1014

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər