AGBank-ın bəzi filialları bağlanır | 1news.az | Xəbərlər
İqtisadiyyat

AGBank-ın bəzi filialları bağlanır

13:11 - 17 / 12 / 2015
AGBank-ın bəzi filialları bağlanır

Xidmət növlərinin və şərtlərinin vahid şəklə salınması, həmçinin göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi ilə AGBank filial şəbəkəsinin optimallaşdırılması prosesinə başlayır.  

1news.az AGBank-ın yaydığı məlumata əsasən xəbər verir ki, optimallaşdırılma nisbətən kiçik filialların birləşərək böyük, rahat və konseptual xidmət mərkəzlərinin yaradılmasını nəzərdə tutur. Bu proses biznesin daha effektiv idarə olunması, həmçinin inzibati xərclərin azaldılmasına da xidmət edəcəkdir.

Belə ki, optimallaşdırılma prosesinə əsasən “İnşaatçılar” və “Azadlıq” filialları “Elmlər” və “Nəsimi” filialları ilə birləşəcəkdir. Qeyd edək ki, filialların bütün öhdəlikləri, sənədləşən bütün müqavilə və razılaşmalar hüquqi gücünü saxlayacaqdır. Coğrafi baxımından qonşu olan bu filialların birləşməsi idarə strukturunun təkmilləşdirilməsinə yönəldilib.

Onu da qeyd edək ki, filialların birləşdirilməsi bankın inkişaf strategiyasının davamı olaraq bank xidmətlərinin elektron sistemə inteqrasiya prosesinin bir  hissəsidir. Günümüzdə müşahidə olunan yeni texnologiyaların inkişafı bank əməliyyatlarının həyata keçirilməsini daha operativ edərək zaman və məkan məhdudiyyətini aradan qaldırır. Bu inkişafın bir nümunəsi kimi “İnternet Bankinq” xidməti, ödəniş terminalları kimi özünəxidmət vasitələrini qeyd etmək olar.

1news.az

Paylaş:
1583

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər