Polis külli miqdarda partlayıcı oyuncaq və pirotexniki məmulatı satışa çıxarmaq istəyənləri saxladı
Polis külli miqdarda partlayıcı oyuncaq və pirotexniki məmulatları satmaq istəyən şəxləri saxlayıb.
1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dünən nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Buzovna, Əmircan, M.Ə.Rəsulzadə qəsəbələrində və Xırdalan şəhərində səyyari ticarətlə məşğul olan Ravil Ağayev, Şirvan Əsədov, Xəlil Hacıyev və Altay Rəhimovu saxlayıb.
Aparılan araşdırmalar nəticəsində onlardan ümumilikdə 3132 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.
1news.az
811