Azərbaycan Mərkəzi Bankı: Biz ABŞ-ın FES-in qərarı ilə bağlı rəsmi bəyanatı yaymamışıq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı: Biz ABŞ-ın FES-in qərarı ilə bağlı rəsmi bəyanatı yaymamışıq

17:00 - 17 / 12 / 2015
Azərbaycan Mərkəzi Bankı: Biz ABŞ-ın FES-in qərarı ilə bağlı rəsmi bəyanatı yaymamışıq

Azərbaycan manatının ABŞ dollarına nisbəti dəyişməz olaraq qalır.

Bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Mərkəzi Bank ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) qəbul etdiyi qərarın Azərbaycan manatına Amerika dollarının təsir edəcəyi ilə bağlı rəsmi bəyanatı yaymayıb. 

Yaxın günlərdə ABŞ FES-in açıq bazarlar komitəsi növbəti iclasın yekunları üzrə baza faiz dərəcəsini rekord dərəcədə aşağı olan illik 0 – 0,25%-dən 0,5%-dək qaldırıb. Beləliklə, hazırda “faiz dərəcələri dəhlizi” 0,25-0,5% təşkil edir.

ABŞ-ın fond birjası da faiz dərəcələrinin artımını diqqətdən kənar qoymayıb. Belə ki, FES-in faiz dərəcələrinin artımını gözləyərkən Dow Jones 57 hədd, NASDAQ isə 10 hədd yüksəlib. 

Qeyd edək ki,  daha əvvəl APA informasiya agentliyi Mərkəzi Banka istinad edərək xəbər yaymışdı ki, ABŞ-ın FES faiz dərəcələrini qaldırarsa bu, Azərbaycan milli valyutası olan manata da təsir edəcək.

1news.az

Paylaş:
910

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər