Tokionun “Narita” hava limanında iki təyyarə toqquşub | 1news.az | Xəbərlər
Dünya

Tokionun “Narita” hava limanında iki təyyarə toqquşub

09:40 - 17 / 12 / 2015
Tokionun “Narita” hava limanında iki təyyarə toqquşub

Tokionun “Narita” beynəlxalq hava limanında iki təyyarə toqquşub, xəsarət alanlar yoxdu.

1news.az-ın “РИА Новости”-yə istinadla verdiyi xəbərə görə, “All Nippon Airways” aviaşirkətinə məxsus “Boeing 767” yük təyyarəsi uçuş xəttinə dönərkən “Airbus A320” sərnişin təyyarəsi ilə toqquşub.

Hadisə zamanı təyyarənin göyərtəsində sərnişin olmayıb. Toqquşma zamanı “Airbus A320” sərnişin təyyarəsinin sol qanadı zədələnib.

Qeyd olunur ki, insident Tokio aeroportunda dekabrın 11-dəbaş versə də, lakin bu haqda təxminən bir həftə keçəndən sonra məlum olub. Hadisənin hansı səbəbdən KİV-dən gizlədilməsi haqda hələ ki, heç bir məlumat yoxdur.

İnsidentin başvermə səbəbləri araşdırılır.

1news.az

Paylaş:
686

Son xəbərlər

Bütün xəbərlər