İŞİD-in Türkiyənin Şimali İraqdakı hərbi düşərgəsinə hücumunun təfərrüatları məlum oldu | 1news.az | Xəbərlər
Dünya

İŞİD-in Türkiyənin Şimali İraqdakı hərbi düşərgəsinə hücumunun təfərrüatları məlum oldu

11:10 - 17 / 12 / 2015
İŞİD-in Türkiyənin Şimali İraqdakı hərbi düşərgəsinə hücumunun təfərrüatları məlum oldu

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı İraqın Mosul şəhəri yaxınlığındakı hərbi düşərgənin İŞİD tərəfindən raket atəşinə məruz qalmasını və 4 türk hərbçisinin yaralandığını təsdiqləyib.

1news.az-ın “Huriyyet”-ə istinadən verdiyi məlumata görə, bu barədə Baş Qərargahın məlumatında bildirilir.

Məlumata əsasən, dekabrın 16-ı, yerli vaxtla saat 15:10-da kürdlərin “peşmərgə” qüvvələri və İŞİD terror təşkilatı arasında baş verən atışma zamanı türk hərbçilərinin yerləşdirildiyi təlim düşərgəsi raket atəşinə tutulub. Hadisə nəticəsində yaralanan Türkiyə Silahlı Qüvvələrinin 4 hərbi qulluqçusu Şırnak şəhərinin xəstəxanasına çatdırılıb. Onların həyatlarında təhlükə olmadığı bildirilir. “Peşmərgə” nümayəndələri isə 70 terrorçunun həlak olduğunu bildirib.

Hadisə ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğan ətraflı məlumatlandırılıb.

1news.az

Paylaş:
761

Son xəbərlər

Bütün xəbərlər