Səməd Seyidov: “Kris Smitin təklif etdiyi qanun layihəsinin qəbulu ehtimalı zəifdir” | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov: “Kris Smitin təklif etdiyi qanun layihəsinin qəbulu ehtimalı zəifdir”

13:56 - 18 / 12 / 2015
Səməd Seyidov: “Kris Smitin təklif etdiyi qanun layihəsinin qəbulu ehtimalı zəifdir”

“Elə  təəssürat yaranır ki, ABŞ-ın siyasəti ermənipərəst qüvvələrin girovuna çevrilib, bu hal Vaşinqtonun maraqlarına mənfi təsir edir”.

1news.az-ın xəbərinə görə bu haqda parlamentin plenar iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, bir sıra amerikalı siyasətçilər, o çümlədən, ABŞ-ın Helsinki Komissiyasının sədri Kris Smit Vaşinqton və Bakı arasında münasibətlərdə gərginlik yaratmağa çalışır.

“Kris Smit hazırladığı anti-Azərbaycan layihəsi vasitəsilə böyük təxribatların yaranması üçün əlindən gələni edir”-deyə S.Seyidov münasit bildirib.

Komitə sədri deyib ki, Avropa Şurası Parlament Assambleyasının yanvarda keçiriləcək qış sessiyasında Dağlıq Qarabağ və erməni işğalında olan digər ərazilərlə bağlı bir neçə sənəd müzakirə olunacaq.

"Bütün bunlar Azərbaycan nümayəndə heyətinin gördüyü işlər nəticəsində mümkün olub. Azərbaycan bu gün regionda sülh siyasətini əsas götürən önəmli dövlətlərdən biridir”-S.Seyidov söyləyib.

Paylaş:
907

Son xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:44
Bütün xəbərlər