Sərxoş sürücü ata ilə oğlunu vurub öldürdü
Paytaxtın Suraxanı rayonu ərazisində iki nəfərin plümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə Yeni Günəşli qəsəbəsinin V massivində qeydə alınıb.
Belə ki, “Niva” maşınında yüksək sürətlə hərəkətdə olan qəsəbə sakini Beniamin Qurbanbəyov yolu keçmək istəyən İbrahim Xəlilov və azyaşlı oğlunu vurub.
Qəza nəticəsində hər iki piyada hadisə yerindəcə dünyasını dəyişib.
Polis əməkdaşlarının apardıqları yoxlama zamanı “Niva”nın sürücüsünün sərxoş olduğu məlum olub. O, polis tərəfindən saxlanılıb.
Faktla əlaqədar Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanıb.
1news.az
751