Vergilər naziri Yevlaxda vətəndaşları qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vergilər naziri Yevlaxda vətəndaşları qəbul edib

15:28 - 18 / 12 / 2015
Vergilər naziri Yevlaxda vətəndaşları qəbul edib

Vergilər naziri Fazil Məmmədov Yevlax rayonunda vətəndaşları qəbul edib.

1news.az-ın məlumatına görə, qəbulda Yevlaxla yanaşı Ağdaş, Yevlax, Ucar və Zərdab rayonlarından olan vətəndaşlar da iştirak ediblər.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

1news.az

Paylaş:
670

Son xəbərlər

Bütün xəbərlər