«Bakcel»ldən oğurluq edən şəxs ələ keçdi

“Bakcell” şirkətinə məxsus kabeli oğurlamaq istəyən şəxs tutulub.
1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə Tovuz rayonunda baş verib.
Belə ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xatınlı kəndində yerləşən “Bakcell” MMC-yə məxsus ötürücü stansiyadan 12 metr kabeli oğurlamağa cəhd göstərmiş Göygöl rayon sakini Vüqar Hüseynov tutulub.
Faktla bağlı araşdırma aparılır.
1news.az
784