Liftin şaxtasına yıxılan tələbəyə görə cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Liftin şaxtasına yıxılan tələbəyə görə cinayət işi açılıb

19:13 - 18 / 12 / 2015
Liftin şaxtasına yıxılan tələbəyə görə cinayət işi açılıb

Bakıda tələbə qızın liftin şaxtasına yıxılması ilə bağlı cinayət işi başlanıb.

Bakı şəhər Prokurorluğundan 1news.az-a verilən məlumata görə, dekabrın 17-də saat 11 radələrində 1998-ci il təvəllüdlü, 1 saylı Bakı Tibb Kollecinin tələbəsi Esmira Əhmədova Səhiyyə Nazirliyinin paytaxtın Yasamal rayonunda yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasının 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılaraq 1-ci mərtəbədə dayanmış vəziyyətdə olan liftin üzərinə düşüb.

E.Əhmədova aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
813

Son xəbərlər

Bütün xəbərlər