Azərbaycanın 3 rayonunda qaz verilişi məhdudlaşdırılacaq

18 dekabr 14.00-dan etibarən Azərbaycanın Ağdam, Bərdə, Tərtər rayonuna qaz verilməsi məhdudlaşdırılıb.
“Bu hal qazpaylaşdırıcı stansiyalar və qazölçmə qovşaqlarında aparılan təmir işləri ilə əlaqədardır”- “Azəriqaz” İstehsalat Birliyinin məlumatında bildirilir.
Qaz verilişində məhdudiyyət əsasən, Ağdamın Dörd Yol, Təzəkənd və Ayaqdərbənd kəndlərində və Bərdənin Şahvəlilər, Piyadalar və Xanarab kəndləri, Tərtərin isə Qapanlı-1, Qapanlı-2, Düyarlı, Əskipara, Qaziyan, Şahlabad kəndlərində müşahidə olunacaq.
Kəndlərin qaz təminatı tam şəkildə 18:00-da bərpa olunacaq.
1news.az
707