Mənzildə köməksiz qalan 5 nəfər xilas edildi

Astara şəhərində mənzillərin birində köməksiz qalan şəxslər xilas ediliblər.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd olunub.
Məlumata görə, Nazirliyin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Astara şəhərində mənzildə 5 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar və vətəndaşların çıxmasına şərait yaradıblar.
1news.az
592