BANM-in tələbəsi: “Qəhrəman neftçilərin yolunu şərəflə davam etdirəcəyik”- FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-in tələbəsi: “Qəhrəman neftçilərin yolunu şərəflə davam etdirəcəyik”- FOTO

12:18 - 18 / 12 / 2015
BANM-in tələbəsi: “Qəhrəman neftçilərin yolunu şərəflə davam etdirəcəyik”- FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Mustafa Əsgərov Neft-qaz mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbəsidir.

Ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, neftçi peşəsini seçən, həlak olan neftçilərin gələcəkdə davamçıları olmaq istəyən tələbələrdən biri də məhz Mustafa Əsgərovdur:

- BANM-də təhsil almağınız sizə nə verir? Ali Məktəb gələcəyin mütəxəssisi kimi yetişməkdə həyatınızda nə kimi rol oynayır?

-  BANM-də müasir bilik və bacarıqlara üstünlük verilir. Bu təhsil ocağında təhsil almaq bizim neft mütəxəssisi kimi yetişməyimiz üçün bir vasitədir. Bizim Ali Məktəbin ən böyük üstünlüklərindən biri də odur ki, biz burada təhsil aldığımız dövrdə həm praktiki, həm də nəzəri biliklərə yiyələnirik. Eyni zamanda, buradakı təhsil bizim biliyimizi artırmaqla bərabər, həm də dünyagörüşümüzü formalaşdırır. Bizim milli və mənəvi cəhətdən inkişafımıza böyük təsir edir. Düşünürəm ki, biz burada təhsil almaqla istəyimizə nail olacaq, neftçi mühəndis olmaq arzumuza çatacağıq.

- Sizin fikrinizcə, neft sahəsi üzrə oxumağınız sizin üçün hansı imkanlar, gələcək perspektivlər vəd edir?

-  Azərbaycan tarixən neft ölkəsidir. Ölkəmizdə neft və qaz sahəsinin inkişafı üçün bacarıqlı mütəxəssislərə həmişə ehtiyac var. BANM-də təhsil almaqla ölkəmizə, xalqımıza xidmət etmək mənim əsas perspektiv arzumdur. Düşünürəm ki, neft sahəsi üzrə oxumaqla mən bu perspektivlərə nail olacağam, qarşımda geniş imkanlar açılacaq.

- Neftçi mühəndis əməyinin çətinliyi, bu peşənin zəhmət tələb edən bir sahə olması sizi qorxutmur ki?

- Neftçi mühəndis  peşəsi zəhmət tələb edən, çətin bir peşə olmaqla yanaşı, həm də şərəfli peşədir. Ancaq insan öz işini, peşəsini sevirsə, bu peşənin çətinliyi insanı qorxutmur. Əksinə insan nəsli əsrlər boyu bütün çətinliklərə sinə gərərək qurub-yaratmaqla yaşayıb və  inkişaf edib. Zəhmətsiz insan heç bir istəyinə, arzusuna nail ola bilməz.

- “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza  sizi qorxutmadı ki? Gələcəyin neftçisi olmağa, mətin və cəsur olmağa, qəhrəmancasına öz peşə vəzifəsini yerinə yetirərkən həlak olan neftçilərin yolunu davam etdirməyə hazırsınızmı?

- Ölkəmizdə neft və qaz sahəsinin inkişafı üçün son illər çox böyük işlər görülüb. Bu sahədə qəza hadisələrinin baş verməməsi üçün əməyin mühafizəsi, təhlükəsizlik norma və qaydaları tətbiq olunur. Son qəza hadisəsində də əməyin mühafizəsi, təhlükəsizlik norma və qaydalarına tam əməl olunduğu, hadisə zamanı işçilərin təhlükəsiz qaydada təxliyyə olunması üçün lazımi tədbirlərin görüldüyü məlumdur. Dünyada hər il istehsalatda təbii fəlakət nəticəsində qəzalar, bədbəxt hadisələr baş verir və bunun nəticəsində insan tələfatları olur. Ancaq buna baxmayaraq, neftçi mühəndis üçün mətin və cəsur, soyuqqanlı olmaq üçün hazır olmaq, biliklərə yiyələnmək, fiziki və əqli cəhətdən inkişaf etmək həmişə vacibdir. Gələcəyin neftçisi kimi biz onların xatirəsini hər zaman əziz tutacağıq, həlak olan qəhrəman neftçilərin yolunu şərəflə davam etdirəcəyik.

1news.az

Paylaş:
832

Son xəbərlər

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06
Bütün xəbərlər