Naxçıvan Dövlət Təhlükəsizlik Xidməti yaradılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyiəsasında Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması barədə fərman imzalayıb.
APA-nın məlumatına görə, V. Talıbovun sərəncamı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilərək Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov olub.
APA
2405