Valyutadəyişmə məntəqələrində həyəcan olmayacaq, cünki əhalidə manatla əmanət hesabı qalmayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Valyutadəyişmə məntəqələrində həyəcan olmayacaq, cünki əhalidə manatla əmanət hesabı qalmayıb

13:19 - 21 / 12 / 2015
Valyutadəyişmə məntəqələrində həyəcan olmayacaq, cünki əhalidə manatla əmanət hesabı qalmayıb

Manatın məzənmnəsində  enmənin səbəbi neft qiymətindəki düşmə ilə əlaqədar Azərbaycanın gəlirlərinin kəskin azalmasıdır.

Bu haqda 1news.az-a Azərbaycan Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban məlumat verib.

Onun sözlərinə görə, neft ixracı ölkə gəlirlərinin böyük bir hissəsini təşkil edir. Bu mənada neftin qiymətinin düşməsi və dolların digər dünya valyutalarına nəzərən möhkəmlənməsi manatın məzənnəsinə təsirsiz qala bilməzdi.

Ekspertin fikrincə ,manatın qiymətində hazırkı enmə bu ilin əvvəli ilə müqayisədə daha kəskin şəraitdə   baş verir.

“Lakin digər tərəfdən artıq əhali arasında həyəcanlanma baş verməyəcək. Fevral ayındakı ilk devalvasiya zamanı insanların  həmin günün səhəri, yəni, 22 fevralda banklara axın  edərək manatla olan depozitlərini dollara çevirdiyini müşahidə etmişdik. Fevral ayından sonra hesablarda olan depozitlərin 85 faizi xarici valyutaya köçürülmüşdü. Bu dəfə artıq həyəcanlanma olmayacaq, cünki əsas vəsaitlərin hamısı dollarla yatırılıb və manatla əmanət hesabı faktiki olaraq yoxdur” – deyən İ.Şaban qeyd edib ki fevral ayından əhali banka  manatla depozit qoymayıb.

İ.Şaban bildirib ki, artıq dünən manatın qiymətinin enməsi  ilə bağlı xəbərlər yayılmışdı. İndi böyük ticarət obyektləri qiymətləri yenidən nəzərdən keçirmək üçün bağlanacaq.

Neftin qiymətinə gəlincə, Azərbaycan Neft Araşdırmaları Mərkəzinin  direktoru neft qiymətində enmənin 2014-cü ilin iyun ayından davam etdiyini bildirib.

Mövzu ilə bağlı oxuyun:

Brend neftinin qiyməti 36.2 dollara düşdü

“Neftin qiymətində enmə davam edir və sonu görünmür. Proqnozlar haqqında danışmaq mübahisəlidir. Bir şey aydındır ki, düşmə nə qədər sürətli olarsa, yüksəlmə də o qədər güclü olacaq. Bir məsələ var ki, neftin qiyməti qalxıbsa düşə də bilər. Cünki dünya bazarı artıq dolub və dünya iqtisadiyyatına böyük həcmdə neft gərək deyil. Belə qənaətə gəlmək olar ki, neftin qiyməti yaxın illərdə 60 dollar civarında olacaq və bu optimal qiymətdir” -deyə İ.Şabanov qeyd edib.

Paylaş:
744

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər