“Türkvizyon 2015”-in qalibi müəyyən olundu | 1news.az | Xəbərlər
Mədəniyyət

“Türkvizyon 2015”-in qalibi müəyyən olundu

14:49 - 22 / 12 / 2015
“Türkvizyon 2015”-in qalibi müəyyən olundu

Türk dünyası İstanbulda ortaq mədəniyyət nümunələri olan “Türkvizyon 2015” mahnı müsabiqəsi üçün bir araya gəldi.

“Türk Müzik Birliyi” (TMB Tv) telekanalının təşkilatçılığı ilə Türkiyədə reallaşan 3-cü “Türkvizyon 2015” mahnı müsabiqəsində 21 ölkənin türk əsilli nümayəndələri iştirak edib.

Tədbirin rəsmi hissəsində Azərbaycanın millət vəkili Qənirə Paşayeva, müsabiqənin Baş Koordinatoru İslam Bağırov və digər rəsmi şəxslər, yarışmanın Türk dünyasının birliyi və mədəni dəyərlərinin təbliği baxımından əhəmiyyətindən bəhs ediblər.

Aşılış mərasimində çıxış edənlər “Türkvizyon” kimi mötəbər müsabiqənin ənənəyə çevrilməsindən məmnuniyyət bildirib və bunun davamlılığını arzulayıblar.

20-dən çox ölkədə 120 telekanal vasitəsilə canlı yayımlanan “Türkvizyon 2015”-in final mərhələsində 21 ölkədən olan türk əsilli təmsilçilər arasında gərgin mübarizə yaşanıb.

Jürinin ortaq qərarına görə Qırğızıstan təmsilçisi Jideş İdrisova “Türkvizyon 2015” qalibi olaraq birinci yerə sahiblənib.

Yarışmada 2 və 3-cü yerləri Qazaxıstan və Türkiyə bölüşüblər. Azərbaycanlı təmsilçi Mehman Tağıyev isə bu mübarizədə 7-ci yerdə qərarlaşıb.

Qardaşlıq və dostluq nümayiş olunan müsabiqədə Suriya Türkmənlərinin təmsilçisi olan Adil Şan “Gəliş” mahnısı ilə, eləcə də İraq Türkmənləri və Almaniya Türkləri jürinin özəl Sülh nominasiyalarına layiq görülüb.

Bundan başqa müsabiqə təşkilatçıları digər iştirakçıları da müxtəlif mükafatlarla təltif ediblər.

 “Türkvizyon 2015”-in final mərhələsində bu il ilk dəfə reallaşdırılan “Bala Türkvizyon 2015”-in “Qızıl səs” mükafatçıları olan Qazaxıstan və Qırğızıstanlı balacalar səhnə alaraq təçkilatçılar və jüri tərəfindən xüsusi olaraq mükafatlandırılıblar.

 Müsabiqənin yekununda iştirakçı və təşkilatçılar Türk dünyasının bu möhtəşəm ortaq mədəniyyət qələbəsini rəsmi ziyafətdə qeyd ediblər.

Xatırladaq ki, Türk əsilli soydaşlarımızın musiqi, ifa yarışı olaraq ortaq mədəniyyət nümunəmiz sayılan “Türkvizyon” beynəlxalq mahnı müsabiqəsi ilk dəfə 2013-cü ildə Türkiyədə Əskişəhərdə start götürüb, ikinci final isə 2014-cü ildə Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilmişdi.

1news.az

Paylaş:
1092

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər