“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekunları müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekunları müzakirə olunub

16:20 - 22 / 12 / 2015
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekunları müzakirə olunub

22 dekabr 2015-ci il tarixdə , “JW Absheron Mariott” otelinin “Şərq zalı”nda  Gənclər və İdman Nazirliyi tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekunlarına dair Əlaqələndirmə Şurasının iclası keçirilib.

1news.az xəbər verir ki, iclasda,əlaqədar dövlət orqanlarının rəhbər şəxsləri, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzv təşkilatları, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Tədbiri çıxış edən Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, gənclər siyasəti Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və iqtisadi, humanitar ,sosial tədbirlətin reallaşdırılmasında, beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır.

“Başa vurmaqda olduğumuz ilin ən əhəmiyyətli hadisəsi Bakıda keçirilən Birinci Avropa oyunları oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən və hörmətli Mehriban Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsinin böyük zəhməti hesabına yüksək səviyyədə təşkil olunan “Bakı-2015” oyunları həm də Azərbaycan gəncliyinin böyük potensialını və Vətən sevgisini parlaq surətdə nümayiş etdirdi. İdmançılarımızın yarışlardakı parlaq qələbələri Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə layiqli töhfə oldu”- deyə A.Rəhimov çıxışında qeyd edib.

Qeyd edək ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması məqsədi ilə Prezident Administrasiyasının rəhbəri, akademik R.Mehdiyevin rəhbərli altında aidiyyatı olan dövlət qurumlarının və gənclərin qeyri- hökümət təşkilatlarının nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

“Proqram 5 il ərzində uğurla icra olunub. BU işlərin ümumi koordinasiyası Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilsə də, tərəfdaşlarımızın əməyi oloduqca dəyərlidir”-deyə nazir vurğulayıb.

Tədbirdə Dövlət Proqramı ilə bağlı hazırlanmış videoçarx nümyiş olunub, daha sonra isə il ərzində həyata keçirilən ən mühüm tədbirlər haqqında hesabatla nazir müavini İntiqam Babayev çıxış edib.

Paylaş:
825

Son xəbərlər

Bütün xəbərlər