Azad Rəhimov: Manatın devalvasiyası ölkəmizdə keçiriləcək yarışların büdcəsinə təsir etməyəcək
Gənclər və idman naziri Azad Rəhimov manatın məzənnəsindəki dəyişikliyin ölkəmizdə keçiriləcək idman yarışlarına mümkün təsirini dəyərləndirib.
1news.az-ın məlumatına görə, nazir manatın devalvasiyasının gələn il ölkəmizdə keçiriləcək Formula 1 yarışının və 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının büdcəsinə heç bir təsir göstərmədiyini deyib.
“Hər iki yarışın büdcəsi artıq təsdiq olunub, yarışların büdcəsi əvvəldən dollarla hesablanıb, büdcədə hər hansı dəyişiklik gözlənilmir. Hər iki yarışın idmançıları yarışlarda öz hesablarına iştirak edəcəklər”- deyə, nazir qeyd edib.
1news.az
1077