İntiqam Babayev: Gənclərlə bağlı Dövlət Proqramının icrasına 60 milyon manata yaxın vəsait xərclənib | 1news.az | Xəbərlər
Cəmiyyət

İntiqam Babayev: Gənclərlə bağlı Dövlət Proqramının icrasına 60 milyon manata yaxın vəsait xərclənib

18:11 - 22 / 12 / 2015
İntiqam Babayev: Gənclərlə bağlı Dövlət Proqramının icrasına 60 milyon manata yaxın vəsait xərclənib

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına dövlət büdcəsindən 59 milyon 956 min 735 manat vəsait ayrılıb.

1news.az-ın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekunlarına dair Əlaqələndirmə Şurasının iclasında deyib.

Gənclər Fondunun fəaliyyətinə toxunan İ.Babayev bu günə kimi Fond tərəfindən 7 müsabiqə keçirildiyini və gənclər təşkilatlarının 2300-dən artıq layihənin maliyyəşəşdirildiyini diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, bu müddət ərzində 675 tədbir keçirilib ki, onlardan 121-i beynəlxalq səviyyədə olub.

İ.Babayev gənclərin işsizlik probleminin həlli ilə bağlı görülən işlərə də toxunub. Onun sözlərinə görə, 2012-ci ildə başlayaraq ölkəmizdə məzun-əmək yarmarkaları keçirilir ki, bu yarmarkalarda iştirak etmiş 80-dən artıq şirkət 4500-dən artıq vakant iş yeri təklif edib.

İ.Babayev vurğulayıb ki, 3 şəhərdə gənclər evi istifadəyə verilib və 5 rayon və şəhərdə gənclər evinin tikintisi davam edir. Onun sözlərinə görə, indiyə qədər ümumilikdə 33 gənclər evi tikilib.

1news.az

Paylaş:
875

Son xəbərlər

Bütün xəbərlər