ABŞ-ın səfiri Azərbaycan Biznes Keys yarışmasının qalibləri ilə görüşüb
ABŞ-ın Azərbaycandakı səfiri Robert F. Sekuta ABŞ Təhsilli Azərbaycanlı Tələbələr İctimai Birliyi (AAA) tərəfindən təşkil olunan Azərbaycan Biznes Keys Yarışmasının (ABCC) qalib komandaları ilə görüşüb, onları təbrik edib.
Səfirlikdən verilən məlumata əsasən, 13-cü Azərbaycan Biznes Keys Yarışmasının final mərhələsi dekabrın 6-da ADA Universitetində baş tutmuşdur və “Günəşli” yatağında həlak olanların əziz xatirəsini hörmətlə yad etmək üçün bir dəqiqəlik sükutla başlamışdır.
Tədbirin açılışını AAA-in sədri Vəli Hüseynov etmişdir.
50 komanda arasından yalnız üçü finalda iştirak etmə imkanı əldə etmişdilər. Finalistlərdən keyslərə həll yolları təqdim etmək tələb olunur və qiymətləndirilmə, komandaların kritik biznes düşüncə qabiliyyəti, maliyyə analizi, marketinq strategiyası, təqdimat bacarıqları eləcə də sual-cavab mərhələsinə hazırlıqlarına əsaslanırdı. Qalib komandalar ümumilikdə 10 500 AZN mükafat əldə etdilər (1-ci yer 6000 AZN, 2-ci yer 3000 AZN və 3-cü yer 1500 AZN).
Qaliblər
1-ci yer – Azərbaycan Dövlət İqtisad Universiteti
2-ci yer – ADA Universiteti
3-cü yer – Qafqaz Universiteti
Eyni zamanda ABCC 2015-in lotoreyasında sponsor şirkətlərin müxtəlif mükafatları, məsələn, hədiyyə kuponları, AAA tərəfindən dəstəklənən xüsusi səyahət və kampinq hədiyyələri və s. öz sahiblərini tapdı. Yarış həmçinin iştirakçılara şirkət nümayəndələri ilə görüşmək, profesional əlaqələr qurmaq və gələcəkdə karyeralarını inkişaf etdirmək imkanları yaradır.
ABCC 2015 senytabrın sonları 50 komandanın iştirak üçün müraciəti ilə başlamış, intervyu mərhələsində komandaların sayı 21-ə endirilmişdir. Adı çəkilən 21 komanda məhz bu universitetləri təmsil edirdi : ADA universiteti (6 komanda), Azərbaycan Dövlət İqtisad Universiteti (6 komanda), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1 komanda), Bakı Dövlət Universiteti (1 komanda), Xəzər Universiteti (1 komanda) və Qafqaz Universiteti (6 komanda)).
Əvvəlki illərdən fərqli olaraq bu il yarışma üçün seçilən iştirakçıların daha yaxşı hazırlanması üçün Biznes Akademiyası ABCC-yə inteqrasiya etdirilmişdir. ABCC-in həftəlik sessiyalarının nəticələrinə əsasən qaliblər hər həftəsponsor şirkətlərdən birinə şirkətlərlə və onların strategiyaları ilə daha yaxından tanış olmaq üçün görüşlərə göndərilmişlər.
Noyabrın 29-u mock roundda işirak edən 10 komandaya yarıfinal üçün sonuncu məsləhətər verilmiş və bu komandalardan sadəcə 3-ü 6 dekabrda baş tutmuş final mərhələsinə adlay bilmişdir.
PASHA Bankın idarə heyətinin üzvü xanım Xəyalə Nağıyeva: “ABCC-in ilk dəfə 2002 ci ildə təməlinin qoyulduğunu və bu günə qədər qürur verici uğurlarını davam etdriməyini öyrənmək məni müsbət mənada təəccübləndirdi”.
ABŞ şirkəti olan Deloitte- in nümayəndəsi cənab Tural Hacıyev tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ABCC-in Azərbaycanın gələcək biznes liderlərinin yetişdirilməsində töhvəsini xüsusi dəyərləndirdiyini bildirmişdir.
Qeyd edək ki, AAA tərəfindən təşkil edilən ABCC-in əsası 2002-ci ildə qoyulub. O vaxtdan başlayaraq 800-dən çox tələbə ABCC-də iştirak edib.
Bu il yarışma aşağıda adları çəkilən şirkətlər tərəfindən maliyyələşdirilib: British American Tobacco, PASHA Bank, Azercell, BP, ExxonMobil, Procter & Gamble, SOCAR – AQS, Deloitte və E & Y.
Akademik tərəfdaş ADA Universiteti, media dəstəyi ABŞ səfirliyi və informasiya dəstəyi edu-active.com-dur.
1news.az