Elçin Quliyev və Aydın Əliyev “Samur” dövlət sərhəd buraxılış məntəqəsində olublar | 1news.az | Xəbərlər
Cəmiyyət

Elçin Quliyev və Aydın Əliyev “Samur” dövlət sərhəd buraxılış məntəqəsində olublar

10:07 - 22 / 12 / 2015
Elçin Quliyev və Aydın Əliyev “Samur” dövlət  sərhəd buraxılış məntəqəsində olublar

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Dövlət Gömrük Komi­tə­sinin sədri Aydın Əliyev “Samur” dövlət  sərhəd buraxılış məntəqəsində olublar.

1news.az-ın məlumatına görə, onlar məntəqədə şəxslərin və nəqliyyat vasitə­lərinin dövlət sərhədindən buraxılışı vəziyyəti ilə tanış olublar.

Ölkə prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmi­ləş­di­rilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymət­lən­­­dirilməsi məq­sə­dilə dövlət sərhə­dindən keçən şəxslərlə söhbətlər edilib, şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunub.

Bu məqsədlə E.Quliyev və A.Əliyevin rəhbərliyi ilə keçirilmiş xidməti müşa­virədə dövlət başçısı İlham Əliyevin ölkə­mizdə biznes mühitinin daha da yaxşılaşdırılması, sahib­kar­lığın inkişaf etdirilməsi, turizm imkanlarının genişləndirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafeyinin qorun­ması ilə bağlı son zamanlar qəbul etdiyi qərarların və verdiyi göstərişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparıl­ıb.

Bu tapşırıqlar baxımından “Samur” dövlət sərhədindən buraxılış məntə­qə­sin­dəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komi­tə­sinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlən­məsi məsələləri müza­kirə edilib və vəzifəli şəxslərin məru­zələri dinlənilib.

Sərhədkeçmə məsələlərinin daha da təkmil­ləş­dirilməsi, son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin operativ həll edilməsi, dövlət sərhə­din­dən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

1news.az

Paylaş:
1144

Son xəbərlər

Bütün xəbərlər