Dekabrın 24-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dekabrın 24-nə olan hava proqnozu açıqlanıb

13:21 - 23 / 12 / 2015
Dekabrın 24-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 24-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

1news.az

Paylaş:
1945

Son xəbərlər

Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı! - FOTO29 / 06 / 2024, 19:10Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb29 / 06 / 2024, 18:07Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib29 / 06 / 2024, 17:35Dağlıq ərazilərdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA29 / 06 / 2024, 17:17Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb29 / 06 / 2024, 16:59Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib29 / 06 / 2024, 16:25MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə rəsmən start verilir29 / 06 / 2024, 16:15Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq29 / 06 / 2024, 15:55Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol təsdiqlənib29 / 06 / 2024, 15:42Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB29 / 06 / 2024, 15:23Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb29 / 06 / 2024, 14:52Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb29 / 06 / 2024, 14:36Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək29 / 06 / 2024, 14:184 saylı doğum evinin mama-ginekoloqu rüşvətə görə işdən çıxarılıb29 / 06 / 2024, 13:46Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə əməkdaşlıq perspektivlərini müzakirə edib29 / 06 / 2024, 13:22Sabahın hava proqnozu açıqlanıb29 / 06 / 2024, 12:58Bakıda fermadan “Makarov” oğurlanıb, oğru və ferma sahibini polis saxlayıb - FOTO29 / 06 / 2024, 12:36Qubada qanunsuz tikintinin qarşısı alınıb29 / 06 / 2024, 12:22Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri29 / 06 / 2024, 12:06Astarada 16 yaşlı qız asılı vəziyyətdə tapılıb - YENİLƏNİB29 / 06 / 2024, 11:41
Bütün xəbərlər