Nazir Mingəçevirdə vətəndaşlarla görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir Mingəçevirdə vətəndaşlarla görüşüb

13:45 - 23 / 12 / 2015
Nazir Mingəçevirdə vətəndaşlarla görüşüb

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Mingəçevir şəhərində vətəndaşlarla görüşüb.

1news.az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Mingəçevirlə yanaşı Ağdaş, Yevlax, Goranboy və Naftalan rayonlarının sakinləri də iştirak ediblər.

Görüş zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Qəbula yazılmış hər bir vətəndaşın müraciətini dinləyən nazir, şikayətlərin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa müddət ərzində araşdırılaraq dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. 

Eyni zamanda vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, qaldırılmış problemlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

1news.az

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər