Kəmaləddin Heydərov Şabranda vətəndaşlarla görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəmaləddin Heydərov Şabranda vətəndaşlarla görüşəcək

15:05 - 23 / 12 / 2015
Kəmaləddin Heydərov Şabranda vətəndaşlarla görüşəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 25-də Şabran şəhərində vətəndaşlarla görüşəcək.

1news.az-ın məlumatına görə, Şabran Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək görüşdə Şabranla yanaşı Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edəcəklər.

Nazirlikdən verilən xəbərə görə, qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. 

Qəbula gələn vətəndaşların qeydiyyatı Şabran Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi 75) 24 dekabr tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

1news.az

Paylaş:
855

Son xəbərlər

Bütün xəbərlər