Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

17:11 - 23 / 12 / 2015
Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Dekabrın 23-də Moskva şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüş zamanı regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Müdafiə nazirləri hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planını imzalayıblar.

1news.az

Paylaş:
829

Son xəbərlər

Bütün xəbərlər