ADU-da Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ADU-da Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirildi - FOTO

21:57 - 23 / 12 / 2015
ADU-da Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirildi - FOTO

23 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin II Xarici dil kafedrasının təşəbbüsü, həmin kafedranın baş müəllimləri Şəmsinur Aslanova, Naibə Camalzadə və bir sıra əməkdaşlarının birgə təşkilatçılığı ilə “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş “Sehrli xalatla keçmişə səyahət” adlı tədbir keçirildi.

Universitetdən verilən məlumata əsaəsn, tədbirdə ADU-nun rektor vəzifəsini icra edən professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, eyni zamanda universitetin professor-müəllim heyəti və tələbələr iştirak edirdi.

Tədbir ssenarisi A. Tarasov, Əlisəttar Atakişiyevə məxsus olan məşhur Azərbaycan filmi “Sehrli xalat”ın baş qəhrəmanları Rəşid və Zərifənin keçmişə səyahəti hissəsini xatırladan səhnəciklə başladı.

Daha sonra  XVI-XVIII əsr Avropa ədəbiyyatının incilərindən sayılan Götenin “Faust” əsəri alman, Vilyam Şekspirin “Hamlet”, “Otello” əsərləri ingilis dilində, ssenarisi Emil Braginski, Eldar Ryazanova aid “İşdə məhəbbət macərası” filmi rus dilində  səhnələşdirilərək tələbələr tərəfindən iştirakçılara nümayiş olundu.

Eyni zamanda tələbələr fransız, ingilis və rus dillərində müxtəlif musiqi nömrələri səsləndirildi.

ADU-nun rektor vəzifəsini icra edən professor Dünyamin Yunusov çıxış edərək “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəli ilə iştirakçıları təbrik etdi.

Tədbirin təşəbbüs və təşkilati cəhətdən təqdirəlayiq olduğunu vurğulayan professor Dünyamin Yunusov tələbələrin çıxışlarını, aktyorluq, diktorluq, müxtəlif dillərdə mahnıları ifa etmə qabiliyyətlərini yüksək qiymətləndirdi.

II Xarici dil kafedrasının əməkdaşlarına və çıxış edən tələbələrə təşəkkür edən Dünyamin Yunusov belə tədbirlərin davamlı olmasını, tələbələrə təhsil və yaradıcı fəaliyyətlərinin vəhdət təşkil etməsini tövsiyyə etdi, onlara uğurlar arzuladı.

Sonda çıxış edən II Xarici dil kafedrasının müdiri, professor Şaban Şabanov iştirakçılara Həmrəylik günü münasibəti ilə təbriklərini çatdırdı.

O, həmrəylik anlayışının geniş məna kəsb etdiyini deyərək onun xususiyyətlərindən bəhs etdi.

Tədbirin yüksək səviyyədə baş tutduğunu söyləyən kafedra müdiri əməyi keçən hər kəsə təşəkkürünü bildirdi, iştirak edənlərə minnətdarlıq etdi.

1news.az

Paylaş:
1533

Son xəbərlər

ADY sərnişin daşınmasını 20% artırıbBu gün, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edibBu gün, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilibBu gün, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilibBu gün, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!Bu gün, 17:04ABB AKA Bankla müqavilə imzaladıBu gün, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunubBu gün, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRHBu gün, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVABu gün, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyibBu gün, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıbBu gün, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilibBu gün, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTOBu gün, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edibBu gün, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTOBu gün, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişibBu gün, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olunduBu gün, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAMBu gün, 14:05FHN: Ötən sutka 64 yanğına çıxış olub, 4 nəfər xilas edilibBu gün, 13:54
Bütün xəbərlər