Parlamentin 2015-ci ildə son iclasının tarixi və gündəliyi açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Parlamentin 2015-ci ildə son iclasının tarixi və gündəliyi açıqlanıb

10:42 - 23 / 12 / 2015
Parlamentin 2015-ci ildə son iclasının tarixi və gündəliyi açıqlanıb

Azərbaycan Milli Məclisinin 2015-ci ildə son iclasının vaxtı və gündəliyi açıqlanıb.

Parlamentdən 1news.az-a verilən məlumata görə, dekabrın 29-da keçiriləcək iclasın gündəliyinə 28 məsələ daxildir.

Bunlar əsasən yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsi, “Diplomatik xidmət haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Dövlət rüsumu haqqında”, “Polis haqqında” və digər qanunlara dəyişikliklər daxildir.

O cümlədən iclasın gündəliyinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin Müraciətinin təsdiq edilməsi də daxildir. 

1news.az

Paylaş:
861

Son xəbərlər

Bütün xəbərlər