Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən şəxshəbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən şəxshəbs edilib

18:00 - 24 / 12 / 2015
Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən şəxshəbs edilib

Vergilər Nazirliyinin vəzifəli şəxsi barədə kütləvi informasiya vasitələrində ifşaedici məlumatlar  yayma hədəsi ilə ondan pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində daxil olmuş müraciət araşdırılıb.

1news.az Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə istinadla xəbər verir ki, araşdırmalar zamanı Bakı şəhər sakini Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla  barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.  

1news.az

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər