Azərbaycanda vakant dövlət qulluğu vəzifələri üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda vakant dövlət qulluğu vəzifələri üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi başa çatıb

12:46 - 24 / 12 / 2015
Azərbaycanda vakant dövlət qulluğu vəzifələri üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi başa çatıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın vakant dövlət qulluğu vəzifələri üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi başa çatıb.

Bu barədə 1news.az-a Komissiyanın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu ilin 06, 14, 28 avqust, 11, 18 sentyabr, 1, 28 oktyabr və 3 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 114 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 1270 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək üçün Komissiyada 4467-si qadın namizəd olmaqla 14862 namizəd qeydə alınıb. Qeydə alınmış namizədlərin 79,18%-ni gənclər təşkil edib. Namizədlərdən 5413 nəfəri (36,42%) test imtahanında iştirak etməyib.

Test imtahanı mərhələsində iştirak edən 9449 namizəddən 29,23%-i qadın, 78,78%-i gənc namizəd olub. Test imtahanı mərhələsini 861-i qadın namizəd olmaqla 2685 namizəd uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin 84,77%-ni gənc namizədlər təşkil edib.

Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış verilib. Eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanı mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:

Əmlak Məsələləri Dövlət Komitəsi – qeydə alınmış 1546 namizəddən 418 nəfəri;

Dövlət Sosial Müdafiə Fondu – qeydə alınmış 2043 namizəddən 331 nəfəri.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – qeydə alınmış 1326 namizəddən 237 nəfəri.

Mədəniyyət və Turizm Nazirliyi  –  qeydə alınmış 1203 namizəddən 216 nəfəri.

Qeyd olunub ki, müsabiqələrin bu günə kimi keçirilən müsahibə mərhələsində 299 nəfər inzibati dövlət qulluğu vəzifələrinə uyğun bilinib.

Müsabiqələrin müsahibə mərhələsi 36 dövlət orqanı üzrə başa çatıb. Müsabiqə qaliblərinin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilib.

1news.az

Paylaş:
729

Son xəbərlər

Bütün xəbərlər