FHN “Günəşli” yatağında yanğının söndürülməsi və itkin düşənlərin axtarışı işlərini davam etdirir
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.
Bu haqda 1news.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla xəbər verir.
Məlumatda bildirilir ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” yanğınsöndürmə gəmisi özüldəki yanğının söndürülməsi, Aviasiya dəstəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarışı işlərini davam etdirir.
1news.az
629