Dövlət Gömrük Komitəsinin sədri Şirvan, Hacıqabul, Sabirabad vətəndaşlarını qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Gömrük Komitəsinin sədri Şirvan, Hacıqabul, Sabirabad vətəndaşlarını qəbul edib

14:47 - 25 / 12 / 2015
Dövlət Gömrük Komitəsinin sədri Şirvan, Hacıqabul, Sabirabad vətəndaşlarını qəbul edib

Şirvan mrük idarəsinin inzibati binasında vlət mrük Komitəsinin dri Aydın Əliyevin vətəndaşlarla növbəti qəbulu keçirilib.

1news.az xəbər verir ki,  Dövlət Gömrük Komitəsinin sədri  Şirvan şəhərindən Hacıqabul, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib.

Komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların qəbulu zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Paylaş:
867

Son xəbərlər

Bütün xəbərlər