Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı saxlanılıb

14:54 - 25 / 12 / 2015
Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı saxlanılıb

Bu il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1 əcnəbi vətəndaş saxlanılıb.

1news.az-ın məlumatına görə, bu barədə bu gün Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi zamanı bildirilib.

Qeyd olunub ki, cari ildə məxfi əməkdaşlığa cəlb olunmuş 2 Azərbaycan vətəndaşı müəyyən olunub, xaricdə münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmənistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib.

Azərbaycana məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmiyə Azərbaycana məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb. Hesabat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 8 nəfər vətəndaş xilas edilib.

Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri – 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılıb.

1news.az

Paylaş:
706

Son xəbərlər

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37
Bütün xəbərlər