Ağcabədidə traktorla avtomobil toqquşdu: ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə traktorla avtomobil toqquşdu: ölən var

16:57 - 25 / 12 / 2015
Ağcabədidə traktorla avtomobil toqquşdu: ölən var

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 19:00 radələrində rayonun Boyat kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Musa Qarayevin idarə etdiyi “T-28” markalı traktorla Ağdam rayon sakini Akif Ağaməmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil toqquşub və nəticədə A.Ağaməmmədov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
718

Son xəbərlər

Bütün xəbərlər