Dövlət Gömrük Komitəsinin sədri sahibkarlara müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Gömrük Komitəsinin sədri sahibkarlara müraciət edib

21:00 - 25 / 12 / 2015
Dövlət Gömrük Komitəsinin sədri sahibkarlara müraciət edib

“Sahibkarlara  yüklərin qeydiyyatı zamanı vasitəçi şirkətlərə deyil, birbaşa gömrük orqanlarına müraciət etməyi tövsiyə edirəm”.

1news.az APA-ya istinadən xəbər verir ki, bu haqda Şirvandakı çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə bildirib.

O qeyd edib ki, bu sahədə tam şəffaflığın təmin olunması  sahibkarlara yardım edəcək və qiymətlərin süni artımının qarşısını alacaq.

“Bu məqsədlə artıq müəyyən addımlar atılıb. İlk növbədə yükdaşıma sahəsində mühüm işlər görülüb. Əsas məqsəd yüksaşımalara gedən xərcin azaldılmasıdır.

“Biz yük avtomobillərinin sürücüləri ilə danışmışıq, onların problemləri ilə tanış olub, təkliflərini öyrəndik. İşin effektiv təşkili üçün konkret tapşırıqlar vermişik”.

700 –dən çox yükdaşıma üzrə nəqliyyat vasitəsi Azərbaycan ərazisinə daxil olub, onlardan 200-ü Qazaxıstan və Qırğızıstana yola düşüb. Onların limanda dayanması ilə bağlı nə gömrük, nə də dövlət sərhəd xidməti tərəfindən heç bir problem yaranmayıb”.

Paylaş:
985

Son xəbərlər

Bütün xəbərlər