Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib | 1news.az | Xəbərlər
Siyasət

Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib

10:25 - 25 / 12 / 2015
 Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib

Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib. 

1news.az-ın APA-ya istinadla verdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Vəli Nağıyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib. 

Qeyd edək ki, 2011 il martın 3-dən 2014-cü il fevralın 11-dək Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Teymur Mehdiyev olub. T.Mehdiyev Azərbaycan Prezidentiİlham Əliyevin 5 may 2014-cü il tarixli sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi verilib. Ötən dövr ərzində Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyinat olmayıb.

Vəli Nağıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevin qardaşıdır.

1news.az

Paylaş:
1057

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər