Bakıdakı məktəblərdə şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıdakı məktəblərdə şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıb

11:42 - 25 / 12 / 2015
Bakıdakı məktəblərdə şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıb

“Sənədsiz məktəbli qalmasın” sosial aksiyası Bakıda yerləşən ümumtəhsil məktəblərində davam etdirilir.

1news.az-ın məlumatına görə, “ASAN xidmət”in təşkilatçılığı, Daxili İşlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi şagirdlərin “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan məktəblərdə şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.

Qeyd edək ki, “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası ilk dəfə olaraq Sumqayıt şəhərində başladılıb.  Aksiya çərçivəsində bu günə kimi Sumqayıtda 2000-ə yaxın, Bakıda isə 1000-dən çox şagird şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

1news.az

Paylaş:
859

Son xəbərlər

Bütün xəbərlər