Elçin Səfərlinin romanı MDB ölkələrində bestseller oldu-FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Elçin Səfərlinin romanı MDB ölkələrində bestseller oldu-FOTO

11:57 - 25 / 12 / 2015
Elçin Səfərlinin romanı MDB ölkələrində bestseller oldu-FOTO

Elçin Səfərlinin “Mən evə istəyirəm” adlı yeni romanı satış rekordu qırmaqda davam edir.

Kitab Rusiya, Ukrayna, Belorusiya, Qırğızıstan, Özbəkistan və Qazaxıstanda bestseller kimi qəbul olunub. Bu yaxınlarda Azərbaycanın tanınmış yazıçısının MDB ölkələrindəki oxucuları ilə görüşləri keçirilib.

“Mən evə istəyirəm” kitabının 24 dekabrda keçirilən növbəti təqdimatı Qazaxıstanda baş tutub. Təqdimat Almatının iri kitab mağazası “Meloman”da keçirilib. Tədbirdə 300-dən ziyatərçi iştirak edib.

Görüş 4 saatdan çox davam edib, yazıçının mağazada olan bütün kitabları satılıb. Avtoqraf- sessiyasına nəzarət edən mağaza mühafizəçiləri isə Səfərlinin pərəstişkar axınının qarşısında acız qalıb.

Qeyd edək ki, “Mən evə istəyirəm” romanı Səfərlinin Abşerondakı uşaqlıq dövrü hadisələrindən, bu torpaqların tarixi, ənənəsi və mədəniyyətindən bəhs edir. Müəllif nəsil- şəcərəsinin bağlı olduğu Abşeronun Xilə (Əmircan) kəndinin koloritini canlı, təbii,  öz həyatından alınmış bədii mənzərələr fonunda canlandırıb.        

Qeyd edək ki, “Mən evə istəyirəm” kitabı Bakıda Ədəbiyyat Muzeyi binasında yerləşən  “AkademKitab” mağazasında da aktiv şəkildə satılır.

1news.az

Paylaş:
1329

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər