İtkin düşmüş neftçinin meyiti Bakıya gətirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İtkin düşmüş neftçinin meyiti Bakıya gətirilib

23:45 - 27 / 12 / 2015
İtkin düşmüş neftçinin meyiti Bakıya gətirilib

Xəbər verdiyimiz kimi, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat daxil olduqdan dərhal sonra cəsədin gətirilməsi üçün Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçi Qasımov İman Şura oğlunun cəsədi respublikaya gətirilib və aidiyyatı üzrə təhvil verilib.

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər