İnək oğruları ələ keçdi
Polis inək oğurluğu ilə məşğul olan şəxsləri saxlayıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, bu, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.
Belə ki, rayon sakinləri Eldar Sadıqova və Əlövsət Abbasova məxsus 10 baş inəyi oğurlamış həmyerliləri Sarəddin Həsənov, Elvin Qardaşxanov və Hüseyn Hüseynov tutulublar.
1news.az
546