Azərbaycanda əfv sərəncamının icrası başa çatıb –YENİLƏNMƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda əfv sərəncamının icrası başa çatıb –YENİLƏNMƏ

15:39 - 29 / 12 / 2015
Azərbaycanda əfv sərəncamının icrası başa çatıb –YENİLƏNMƏ

Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin bütün müəssisələrində icra olunub.

1news.az-ın verdiyi məlumata görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsindən 3, 6 saylı cəzaçəkmə müəssisəsindən 24, 11 saylı cəzaçəkmə müəssisəsindən isə 3 nəfər azadlığa buraxılıb.

Azadlığa buraxılan şəxslər və onları qarşılayan ailə üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.

09.33

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb.

1news.az-ın APA-ya istinadla verdiyi məlumata görə, Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı sərəncam ümumilikdə 210 nəfərə şamil edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 9 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv olunalar arasında xarici ölkə vətəndaşları da var.

1news.az

Paylaş:
662

Son xəbərlər

Bütün xəbərlər