Milli Məclis sahibkarlara uşaq bağçaları tikməyi təklif edib
Deputut Zahid Oruc sahibkarları məktəbəqədər müəssisələrin tikintisinə investisi qoyuluşunu artırmağa çağırıb.
1news.az xəbər verir ki, Milli Məclisin payız sessiyasında çıxış edən Z.Oruc qeyd edib ki, sahibkarların sosial sferaya, əsasən də, uşaq bağçalarının tikintisinə investisi yatırması üçün şərait yaradılmalıdır.
Spiker Oqtay Əsədov isə öz növbəsində bağçaların özəlləşdirilməsinə qarşı çıxıb. Onun sözlərinə görə, rayon və kənd əhalisi bir çox halda özəl bağçalarda övladlarını oxutmaq imkanına malik olmur.
“Uşaq baxçalarında hansı qiymətlərin olduğu hamıya məlumdur”, -deyə O.Əsədov bildirib.
1news.az
788